Polis bu şəxsin kimliyini müəyyən etməyə çalışır - Tanıyanlardan xahiş olunur... - FOTO

Polis bu şəxsin kimliyini müəyyən etməyə çalışır - Tanıyanlardan xahiş olunur... - FOTO
SOSİAL
11:53 04.01.2023
316
Xəzər rayonu Mərdəkan qəsəbəsində yeni tikilməkdə olan binaların birinin həyətində kişi meyiti tapılıb.

Bu barədə AZXEBER.COM-a DİN-in mətbuat xidmətindən bildirilib.

Təxminən 45-50 yaşlarında olan meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb.

Aparılan araşdırmalarla meyitin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Bu şəxsi tanıyanlardan Xəzər Rayon Polis İdarəsinə 012-454-02-02 şəhər və 050-633-45-46 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
 

 


OXŞAR XƏBƏRLƏR