Polis daha bir tiktokeri saxladı

Polis daha bir tiktokeri saxladı
SOSİAL
17:47 10.03.2026
155
Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. 

Tədbirlərlə "TikTok”da "privattee.ss” hesabı ilə canlı yayımda təhqiramiz ifadələr səsləndirən 22 yaşlı Solmaz Musayeva saxlanılıb.

Onun barəsində internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib olunub.

Müvafiq qərarla S.Musayeva inzibati qaydada həbs edilib.
 
 \qafqazinfo
OXŞAR XƏBƏRLƏR