Polis əməkdaşı qəzada həlak oldu

Polis əməkdaşı qəzada həlak oldu
SOSİAL
11:34 17.12.2023
201
Dekabrın 16-da saat 23 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, "KİA” və "BMW” markalı avtomobillər toqquşub.

Nəticədə "BMW” markalı şəxsi avtomobildə sərnişin olan polis nəfəri 1990-ci il təvəllüdlü Sadıqov İlqar hadisə yerində həyatını itirib. Avtomobillərin sürücüləri xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR