xari

Polis əməliyyat keçirdi: 22 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarıldı - FOTO

KRİMİNAL
16:35 22.02.2021
209
Polis əməkdaşlarının keçirdikləri sonuncu əməliyyatlar zamanı 22 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb.

Bu barədə Daxili işlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Füzuli Sultanov saxlanılıb. Onun üzərinə baxış zamanı 514 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Füzuli Sultanovun Abşeron rayonundakı evinə baxış zamanı oradan doqquz kiloqram heroin, bir kiloqram 992 qram psixotrop maddə metamfetamin və 1 900 ədəd psixotrop tərkibli "Metadon 40” həbi aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs izahatında külli miqdarda narkotik vasitəni xarici ölkə vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir uğurlu əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Vüsal Rüstəmov saxlanılıb. Onun üzərinə baxış zamanı 20 qrama yaxın, paytaxtın Xətai rayonunda yaşadığı mənzildən isə əlavə yeddi kiloqram 444 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilib. Araşdırma zamanı məlum olub ki, Vüsal Rüstəmov aşkar olunmuş narkotik vasitəni Ağdam rayonunda ona məxsus torpaq sahəsində xüsusi qulluq edərək əkib yetişdirib. Daha sonra qurudaraq satışını həyata keçirmək istəyib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı daha bir əməliyyat tədbiri isə Salyan rayonunda həyata keçirilib. Belə ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı vətəndaş Anar Yaqubov saxlanılıb. Onun sərnişin kimi əyləşdiyi avtomobilə baxış zamanı A.Yaqubova məxsus üç kiloqram 290 qram narkotik vasitə heroin, 170 qram tiryək və 120 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.  Saxlanılan şəxs izahatında külli miqdarda narkotik vasitələri xarici ölkələrdən birinin vətəndaşının ona satmaq məqsədi ilə göndərdiyini bildirib.

Beləliklə polis əməkdaşları tərəfindən keçirilən son əməliyyatlar nəticəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən yüksək təsiredici xassəyə malik ümumi çəkisi 22 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin yayılmasının qarşısı alınıb.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:37 25.02.2021

“The London Post”: Qlobal peyvənd paylanması ədalətli deyildi

19:25 25.02.2021

Respublika yollarındakı hazırkı vəziyyət AÇIQLANDI

18:53 25.02.2021

Ev dustaqlığına buraxılan hərbçinin ailəsi İlham Əliyevə və Mehriban Əliyevaya təşəkkür etdi

18:41 25.02.2021

"Sumqayıt"ın baş məşqçisi: "Arxayınlıq bizə baha başa gələ bilər"

18:10 25.02.2021

Ermənistanın polis zabitləri də Paşinyanın istefasını tələb edirlər

17:52 25.02.2021

Müxalifət Paşinyanın konsultasiya çağırışlarına cavab verdi: Sən xainsən

17:40 25.02.2021

Paşinyan aksiyaları dayandırmağa çağırıb: "Müxalifətlə danışıqlar masasına otururuq"

17:39 25.02.2021

Əksər rayonlarda yağıntılar kəsib - FAKTİKİ HAVA

17:13 25.02.2021

Nikol Paşinyan əmrə tabe olmayan hərbçiləri hədələyib

17:12 25.02.2021

Paşinyan prezident Sarkisyana: "Baş Qərargah rəisinin istefası sərəncamını imzalamalısan"

17:10 25.02.2021

Vəzifəli şəxslər işğaldan azad edilmiş ərazidə qəzaya düşdü

17:08 25.02.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı

17:05 25.02.2021

Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı

16:59 25.02.2021

Prezident: “Bir zəli kimi yapışıblar dünya ölkələrinin vücuduna”

16:58 25.02.2021

Ermənistan prezidenti xalqa müraciət edib, amma Paşinyana dəstək verməyib

16:57 25.02.2021

“İyulda Ermənistan ərazisinə keçsəydik, əgər mən o vaxt ordumuzu dayandırmasaydım, vəziyyət başqa cür ola bilərdi”