Polis əməliyyat keçirdi - 93 nəfər saxlanıldı

Polis əməliyyat keçirdi - 93 nəfər saxlanıldı
SOSİAL
09:37 08.04.2022
312
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 98 cinayətin üstü "isti izlər”lə açılıb. Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 65, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 93 nəfər saxlanılıb.
OXŞAR XƏBƏRLƏR