Polis gücləndirilmiş rejimdə çalışır - DİN

SOSİAL
21:19 23.02.2025
332
Mövcud hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən ölkə boyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət gün ərzində davam etdirilib, yaranan problemlərin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, park və xiyabanlarda piyadaların rahat hərəkətini və mənzil başına təhlükəsiz şəraitdə çatmasını təmin etmək məqsədilə cəlb edilmiş əlavə naryadlar tərəfindən lazımi kömək göstərilib.

Digər dövlət orqanları ilə birgə təşkil edilən fasiləsiz xidmət hazırda davam etdirilir.
OXŞAR XƏBƏRLƏR