Polis həbs olunmamaq üçün aldığı rüşvəti yedi

DÜNYA
01:33 07.04.2014
1173

Moskva polisi cinayət istintaq idarəsinin rüşvətxor kapitanını yaxalayıb. Lenta.ru xəbər verir ki, adı açıqlanmayan kapitan axtarış prosesinin dayandırılması üçün rüşvət aldığı yerdə aşkarlanıb.

Həmkarlarının onu sübutlarla yaxalayacağını hiss edən kimi maşınına girib, qapıları blok edib və aldığı rüşvəti udmağa başlayıb. Polislər isə baş verənlərə operativ reaksiya verərək maşının pəncərələrini sındıraraq öz həmkarlarını yaxalayıblar. Kapitanın aldığı rüşvətin nə qədər hissəsini yediyi açıqlanmır. Amma onu “vəzifə başında neqativ davranışlara görə” dərhal vəzifədən azad ediblər.

OXŞAR XƏBƏRLƏR