Ötən gecə Lənkəran şəhər Polis İdarəsində özünü güllələyərək öldürən şəxsin kimliyi müəyyənləşib.
Polisin xidməti silahı ilə özünü güllələyərək öldürən şəxs Xolmili kənd sakini, 1977-ci il təvəllüdlü Hüseynov Fail Xudaverdi oğlu olub. Məlum olub ki, o, polis kapitanı Fuad Nurullayevə məxsus xidməti tapançadan açılan atəş nəticəsində ölüb.
Lənkərandakı xəstəxanalardan bildirilib ki, gecə saatlarında onlara hər hansı polis əməkdaşı xəsarətlə müraciət etməyib.
///Lent.az