Şəkidə itkin düşən 16 yaşlı qız tapılıb.
AZXEBER.COM xəbər verir ki, Günsel Hacıyeva polis əməkdaşları tərəfindən Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.
Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumatı təsdiqləyib.