Böyük Britaniyada polisdə xidmət etmiş itlər 500 avro pensiya alacaq.
AZXEBER.COM “Sky News”a istinadən xəbər verir ki, itlərin pulunu heyvanlara sığınacaq vermiş Nottinqemşir polisinin əməkdaşları alacaqlar.Pensiya veterinar klinikalarda olan bütün hesabları, heyvanların qidasına və baxılmasına sərf edilən xərcləri ödəyəcək.“İtlər bütün ömürləri boyu dövlətin rifahı naminə xidmət ediblər və biz bundan sonra onların layiqli həyatlarını təmin etməliyik”, - deyə polis əməkdaşı bildirib.Hazırda məntəqədə 26 it var. Onlar narkotik və partlayıcı maddələrin axtarışı və tapılması üzrə təlim keçiblər. Küçüklər bir yaşlarında təlim görməyə başlayırlar və artıq 7-8 yaşlarında pensiyaya buraxılırlar.