Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
AZXEBER.COM-un nazirliyin saytına istinadən xəbər verir ki, aprelin 8-də, saat 9 radələrində Binəqədi rayonu Azadlıq prospektində Neftçala rayon sakini Şirxan Paşayev idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan "Zontes" markalı motosikletlə qoşa xəttin üzərinə çıxıb qarşıda gedən Bakı şəhər sakini Aidə Əliyevanın idarə etdiyi "Seat İbiza" markalı avtomobilin güzgüsünə toxunduğundan idarəetməni itirərək əks istiqamətdə hərəkət edən Tuncay Tağıyevin idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə Ş.Paşayev hadisə yerində ölüb.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Tuncay Tağıyev polis kapitanıdır.