Polis konsulun qızını öldürdü

DÜNYA
16:22 18.03.2012
1899

Venesuela polisi Çili konsulunun qızını öldürüb. Marakaybo şəhərində polis 19 yaşlı Karen Berendikenin olduğu avtomobili saxlamağa çalışıb.

Lakin sürücünün avtomobili saxlamayaraq keçid məntəqəsindən keçməsinə cavab olaraq polislər avtomobilə atəş açıblar. Nəticədə Çili konsulunun qızı 3 güllə yarası alıb. Polislər gənc qızı xəstəxanaya apararkən o, yolda keçinib. Faktla bağlı keçid məntəqəsində xidmət edən 11 polis əməkdaşı həbs edilib. Onlar qarətdə şübhəli bilinən bir cinayətkar dəstəni axtardıqlarını və dayanmayan avtomobilin də məhz onlara məxsus olduğunu zənn etdiklərini bildiriblər.

OXŞAR XƏBƏRLƏR