Polis müğənni Çingiz Mustafayeyin özbaşınalığının qarşısını aldı

Polis müğənni Çingiz Mustafayeyin özbaşınalığının qarşısını aldı
ŞOU-BİZNES
06:03 22.06.2011
1866

 

Dünən Neftçilər prospektində, Muzey Mərkəzinin yanında keçirilən reyd zamanı “Yeni ulduz 7” müsabiqəsinin qalibi, müğənni, bəstəkar, gitara ifaçısı Çingiz Mustafayev yol polisləri tərəfindən saxlanılıb. Səbəb müğənninin idarə etdiyi “BMW X6” markalı maşına qara pərdə vurulması olub. Lakin sonradan başqa bir problemin üstü açılıb. Yol polisi əməkdaşları müğənnidən sənəd tələb edən zaman məlum olub ki, onun heç bir sənədi yoxdur, hətta sürücülük vəsiqəsi belə. 

Çingiz Mustafayev maşının dostlarına məxsus olduğunu, özünün idarə etmədiyini, maşına elə-belə mindiyini iddia etsə də, bunun heç bir nəticəsi olmayıb. Sənətçinin maşını müvəqqəti olaraq cərimə meydançasına aparılıb.

/// lent.az

OXŞAR XƏBƏRLƏR