Polis Mingəçevirdə boğuldu - Ailəsi ilə istirahətə gedibmiş

Polis Mingəçevirdə boğuldu - Ailəsi ilə istirahətə gedibmiş
SOSİAL
21:15 04.08.2018
14914
Mingəçevir su anbarında 1 nəfər batıb.

AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Mingəçevir su anbarında (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1986-cı il təvəllüdlü Nəsibov Elmar ibrahim oğlunun cəsədini sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
 
Məlumata görə, Elmar Nəsibov Samux rayon Polis şöbəsinin əməkdaşıdır. O, Mingəçevirə ailəsi ilə birgə istirahət etmək məqsədilə gəlibmiş.
OXŞAR XƏBƏRLƏR