Polis mollanı döyən qadınları axtarır

DÜNYA
08:17 20.09.2012
1348
2009-cu ilin yayında İranda keçirilən etiraz aksiyaları zamanı cəmiyyətin ən fəal təbəqisi qadınlar idi.Bu həm də onların haqqının daha çox tapdandığının göstəricisi sayıla bilər.Həmin aksiyalarda hakimiyyətə qarşı etirazını bildirən qadınlardan biri bütün hicab qaydalarını pozaraq, paltarının belə çıxarmaqdan çəkinməmişdi.Bir məsələnin də qeyd edək ki,inqilabın ilk aylarında islam dini adı altında hakimiyyət gələnlər bir neçə ay qadınları öz istədikləri kimi «geyindirməkdə» çətinlik çəkmişdi. Hakimiyyətin yeni geyim qaydalarına əməl etməyən xanımlar buna görə azadlıqdan məhrum edilmiş, bir sıra hallarda isə dar ağacından belə qurtula bilməmişdi.Bu günlərdə İslam Respublikasında Simnan əyalətinin Şəhmirzad şəhərində İran qadının öz etirazını açıq şəkildə bildirməkdən çəkinməyib.Bu həftə İranın informasiya vasitələrində yayılan bu xəbərə görə, adı çəkilən şəhərdə höccətülislam Əli Beheştinin başını yaxşı örtməyən iki qıza irad tutaraq, onların geyiminin «islam qaydalarına zidd» olduğunu bildirmişdi. Qadınlarsa cavabında: “Başımız açıqdı, sən də baxma, yum gözünü”.Höcətülislamın iddiasına əsasən, bununla kifayətlənməyən qadınlar ona hücum çəkiblər.Lent.az-ın “Mediaforum”-a istinadən məlumatına görə, Seyid Əli Behişti jurnalistlərə açıqlamasında olayı belə nağıl edib: “Namaz qılmaq üçün məscidə gedirdim. Qarşıdan iki gənc qız gəlirdi. Onlardan birinin hicabı qənaətbəxş olmadığından xəbərdarlıq edib dedim ki, xanım, bir az örtülü geyin, hicabına riayət elə. Gözləmədiyim bir halda qayıdıb dedi ki, sən gözlərini yum, baxma. Onun bu sözü mənə çox ağır gəldi. Bərk narahat olub yenidən ona xəbərdarlıq etdim, ondan hicab qaydasına riayət etməsini istədim.Ancaq onlar məni təhqir edib qışqıra-qışqıra üstümə gəldilər. Məni itələyib yerə yıxdılar, kürəyimdən, böyrümdən xeyli təpiklədilər. Sonra çıxıb getdilər. Mən ağrılar içində camaat namazına rəhbərlik etdim. Amma birdən-birə məsciddə huşumu itirdim. Gözlərimi açanda xəstəxanada olduğumu öyrəndim”. Yıxılmışdım. Nə baş verdiyini anlamırdım,ancaq qadının yumruqlarını və təhqirlərini hiss edirdim. 3 gün də xəstəxanada yatdım”İranın Şəhmirzad şəhərinin polisi höccətülislam Seyid Əli Behiştini döyən qızları axtarır.

OXŞAR XƏBƏRLƏR