ABŞ-ın Klivlend şəhərində 12 yaşında bir uşaq oyun parkında əlində sonradan gerçək olmadığı aydınlaşdırılan bir silah üçün polis tərəfindən vurulub.AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, uşaq polisin “əllər yuxarı” çağırışına tabe olmadığı üçün iki dəfə vurulub.Ağır vəziyyətdə xəstəxanaya aparılan uşaq xəstəxanada həyatını itirərkən, biri 1 il, digəri 10 ildir vəzifədə olan polislər haqqında cinayət işi açılıb.
Təhlükəsizlik müdir müavini hadisəni araşdırdıqdan sonra verdiyi açıqlamaya əsasən, uşağın hadisə yerinə gedən iki polisə qarşı hər hansı bir təhdidinin olmadığı, silahı da polislərə doğrultmadığı bildirib.