Dünyanın bir çox ölkələrində COVID-19 ilə mübarizə zamanı peyvəndlə bağlı kampaniyalar davam edir. Bəzi ölkələrdə isə peyvənd olunmayanlara qarşı müxtəlif sanksiyalar tətbiq olunur.
AZXEBER.COM xəbər verir ki, Pakistan Sind əyalətində peyvənd olunmayan 100 nəfər polis tərəfindən saxlanılıb.
Xarici mediada yayılan xəbərə görə, Pakistan Milli komandanlıq və Əməliyyat Mərkəzi tərəfindən COVID-19 əleyhinə peyvəndləri sürətləndirmək üçün verilən yeni təlimatlara uyğun olaraq hərəkətə keçən Sind polisi əyalətdə peyvənd pasportu yoxlamaları keçirib və peyvənd olunmayan 100 nəfəri saxlayıb.
Əyalət höküməti yeni qərarda peyvənd pasportunun əyalətin müxtəlif yerlərində üzərlərində gəzdirməyin məcburi olduğunu və buna polis şöbələrinin nəzarət etdiyini bildirib.
Aydın