Polis “Qanun” nəşriyyatının binasını əhatəyə alıb

SOSİAL
11:13 12.06.2016
2689
Hüquq-mühafizə orqanlarının əməkdaşları mühafizəçinin telefonunu və giriş qapısının açarını götürüblər.
Ötən gün axşam saatlarında axtarış aparmaq üçün “Qanun” nəşriyyatına gələn polis əməkdaşları binanın ətrafında post qurub.
AZXEBER.COM-un APA-ya istinadən xəbərinə görə, bu barədə “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu öz “Facebook” səhifəsində yazıb.
Ş.Xuduoğlu nəşriyyatın binasının ətrafında 3 yerdə post qurulduğunu bildirib. O, həmçinin qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları mühafizəçinin telefonunu və giriş qapısının açarını götürüblər.
OXŞAR XƏBƏRLƏR