Polis "Qarabağ"ın oyununda meydana girən azarkeşi vurub? - RƏSMİ CAVAB - VİDEO

Polis "Qarabağ"ın oyununda meydana girən azarkeşi vurub? - RƏSMİ CAVAB - VİDEO
SOSİAL
09:25 28.08.2023
164
Sosial şəbəkələrdə polis əməkdaşının "Qarabağ” – "Kəpəz” matçından sonra meydana girən yetkinlik yaşına çatmayan azarkeşi vurması ilə bağlı məlumatlar yayılıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, məlum hadisə ilə bağlı futbolçularla polislər arasında mübahisə yaranıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən iddialar araşdırılıb.

Oyun meydanında çəkilən görüntülərdə polis əməkdaşının hansısa şəxsi vurması halı aşkar edilməyib:
"İctimai qaydaya və ictimai təhlükəsizliyə məsul olan polis əməkdaşı tribunadan oyun meydanına məhəccəri aşaraq düşən şəxsə həmlə edərək onun meydana daxil olmasının qarşısını almağa çalışıb. Burada hər hansı hüquq pozuntusu yoxdur”.
 
OXŞAR XƏBƏRLƏR