Polis qısqanc sevgilini studiyada həbs etdi - VİDEO

DÜNYA
13:48 13.11.2013
1897

Sevgilisinin cinayətini etiraf etdi, polis də canlı yayımda cinayətkarı həbs etdi.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, “atv” kanalında efirə gedən “Müge Anlı ilə tatlı sert” adlı verilişdə televiziyada nadir rast gəlinən hadisələrdən biri baş verib.Təxminən 2 həftədir həmin verilişdə bir cinayət məsələsi müzakirə edilib və dünən artıq bütün hadisələr üzə çıxıb.Məlum olub ki, Sevda adlı bir qadın ərini başqa iki nəfərlə aldadıb. Qadın onlarla Facebook-da tanış olub.Daha sonra hansısa səbəbdən mübahisələr yaranıb və nəticədə qadın 1-ci sevgilisi Həsənlə və 2-ci sevgilisi Mədəti görüşdürüb. Bu zaman Həsən əlindəki taxta ilə Mədətin boyun nahiyəsindən vurub və onu öldürüb.Qadının bu etiraflarından sonra polis studiyaya gəlib və Həsəni həbs edib.Qadın da ifadə vermək üçün bölməyə aparılıb.

OXŞAR XƏBƏRLƏR