Polis vətəndaşı döyə-döyə şöbəyə aparıb? - RƏSMİ CAVAB

Polis vətəndaşı döyə-döyə şöbəyə aparıb? - RƏSMİ CAVAB
SOSİAL
14:17 21.01.2022
383
"Röyal Qasımovun Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları barəsində irəli sürdüyü iddialar böhtan xarakterlidir və həqiqətləri əks etdirmir”.

Bu sözləri AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov deyib. Onun sözlərinə görə, adı çəkilən şəxsin polis tərəfindən döyülməsi ilə bağlı şəhər prokurorluğuna müraciəti də rədd edilib:

"Bildirmək istəyirəm ki, Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbə sakini R.Qasımov 2021-ci ilin sentyabr ayının 26-da tanışı X.İsmayılov ilə birlikdə Kür çayının qəsəbə yaxınlığından keçən hissəsindən vətəndaş E.Zeynalova məxsus su motorunu oğurlayaraq, zərərçəkmişə 900 manat məbləğində maddi ziyan vurublar.

Həmin oğurluq faktı ilə əlaqədar hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət işi açılıb, ötən il oktyabrın 4-də təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.Ötən il dekabrın 29-da isə cinayət işi tərtib olunmuş ittiham aktı ilə birlikdə Şirvan şəhər Məhkəməsinə göndərilib.

Bu il yanvarın 8-də isə şəhərin Hacıqəhrəmanli qəsəbəsi ərazisində yerləşən evlərin birində oğurluq hadisəsi baş verib. Həmin hadisə ilə bağlı şöbə əməkdaşları R.Qasımovu izahat almaq məqsədilə  Şirvan ŞPŞ-nə dəvət etsələr də, o, polisin qanuni tələbinə tabe olmayıb, səs-küy salaraq ətrafdakıların diqqətini özünə çəkməyə çalışıb. Şöbə əməkdaşları tərəfindən R.Qasımov şöbəyə gətirilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunaraq şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 120 manat məbləğində cərimə olunub.

Bundan narazı qalan vətəndaş R.Qasımov polis əməkdaşlarının onun evinə daxil olmaları, ona fiziki zor tətbiq etmələri, polis şöbəsində döyülməsi və sənədləri zorla imzalamasıyla bağlı iddialarla Şirvan şəhər Prokurorluğuna rəsmi müraciət edib. Lakin irəli sürdüyü iddialar öz təsdiqini tapmadığından şəhər prokurorluğunda cinayət işinin başlanması rədd edilib”.

Qeyd edək ki, Röyal Qasımov mediaya açıqlamasında bildirib ki, şəhər Polis Şöbəsinin əməkdaşları yanvarın 8-də onun evinə daxil olublar. Onun sözlərinə görə, polis əməkdaşları R. Qasımovu həyat yoldaşı və azyaşlı uşaqlarının yanında döyərək şöbəyə aparıblar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
18:48 25.06.2026
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
18:37 25.06.2026
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
18:21 25.06.2026
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
Aşura günü 1200 litrdən çox qan yığıldı
18:10 25.06.2026
Aşura günü 1200 litrdən çox qan yığıldı
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY