Polis yol qəzasında öldü - Tovuzda

Polis yol qəzasında öldü - Tovuzda
SOSİAL
17:01 05.09.2018
2592
Tovuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

1987-ci il təvəllüdlü Hikmət Fazil oğlu Quliyev idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maneəyə çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

Dünyasını dəyişən H.Quliyev polis əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR