Polisə əsəbiləşərək motosikletini yandırdı

Polisə əsəbiləşərək motosikletini yandırdı
DÜNYA
16:12 25.04.2024
155
Türkiyənin İstanbul bölgəsinin Beyoğlu şəhərində motosiklet sürücüsü polis nəzarəti altında yaxalanıb.  

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə gecə saat 03:15 radələrində Şehit Muxtar məhəlləsində baş verib. 

Hələlik şəxsiyyəti məlum olmayan motosiklet sürücüsü yoxlama zamanı naməlum səbəbdən qəzəbinə hakim ola bilməyərək motosikletini yerə atıb və yandırıb.  

Hadisədən sonra polis qrupları həmin sürücünü nəzarətə götürüb. 

Oksana
OXŞAR XƏBƏRLƏR