Polis tərəfindən axtarışda olan aktrisanın öldüyü məlum olub.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, məşhur serial "General Hospital”ın aktrisası 43 yaşlı Lindsay Perlman evində ölü tapılıb.
Los-Anceles polis idarəsi aktrisanın axtarış xəbərindən sonra səhər saat 08.30 radələrində hadisə yerinə gedərək qadının cansız cəsədi ilə qarşılaşıb.
Tibb ekspertizasının araşdırması nəticəsində cansız bədənin Lindsay Pearlmana aid olduğu aydın olub.
Qeyd edək ki, Lindsey Perlman "Signal to Noise” adlı filmdə də rol alıb.
Perlman "Chicago Justice”, "Empire”, "Sneaky Pete”, "American Housewife” və "The Purse” kimi seriallarda da çəkilib.
Ayşən Mirzəyeva
![](https://azxeber.com/file/pic/xeber/2022-02/1645441832_5-gundur-her-yerde-aranan-oyuncu-lindsay-perlman-14745149_2031_m.jpg)