Polisin döydüyü Qarabağ qazisindən Prezidentə müraciət: “Həyatım təhlükədədir”

Polisin döydüyü Qarabağ qazisindən Prezidentə müraciət:  “Həyatım təhlükədədir”
SOSİAL
11:53 29.04.2016
1667

Avtovağzal ərazisində polislər tərəfindən döyüldüyünü iddia edən birinci qrup Qarabağ əlili Rzayev Amil İsmayıl oğlu prezident İlham Əliyevə və daxili işlər naziri Ramil Usubova müraciət edib.

Şikayətçi müraciətində həyatına təhlükə yarandığını qeyd edib və bu məsələnin şəxsi nəzarətə götürülməsini xahiş edib: “İstəyirəm ki, bu işi öz nəzarətlərinə götürsünlər. Baxıram ki, həyatıma təhlükə var. Həmin polis və yaxınları məni təhdid edirlər. Bu təhlükəni aradan qaldırmağa kömək edin. Əgər mənə qarşı təhlükə aradan qalxmazsa, ölkə vətəndaşlığından imtina edəcəyəm”.

Haqsızlıqla üzləşdiyini deyən A.Rzayev Daxili İşlər Nazirliyinin onunla bağlı verdiyi açıqlamanı qərəzli adlandırıb: “Mənim məsələm ictimailəşəndən sonra Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə işi araşdırmadan AÇIQLAMA yayıb. Heç kimi dinləmədən, yalnız qudurğan polisin müdafiəsinə yönəlik və mənə qarşı şər və böhtan xarakterli açıqlama yayıb. Deyib ki, guya mən polisə şər atmışam. Mətbuata müraciət edəndən bu saata kimi sahə inspektoru Azər Əliyev başda olmaqla nəzarətçilərə kimi hamısı məni təhqir edirlər. Deyirlər ki, yazdığın müraciətləri geri götür. Azər Əliyev guya, mən ictimai asayişi pozuram deyə əleyhimə izahat alıb. Azər Əliyev polis mayorudur. O, nə qədər məvacib alır ki, 170 minlik maşın sürür? Əgər o, şər atmasa, qanunsuzluqlar etməsə, xərac toplamasa 170 minlik maşın sürə bilməz. Mən kreditlə maşın götürmüşəm, pulunu da ödəyə bilmirəm. Mansurzadənin bəyanatı kökündən səhvdir. İnanmıram ki, ona hətta öz naziri inana”.

A.Rzayev 1994-cü ildə Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edərkən yaralandığını, 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olduğunu bildirib. (aznews.az)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
15:59 05.06.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
15:57 05.06.2026
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
15:33 05.06.2026
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
15:29 05.06.2026
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
15:20 05.06.2026
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
15:15 05.06.2026
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
15:13 05.06.2026
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
15:12 05.06.2026
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
15:04 05.06.2026
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
15:01 05.06.2026
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
14:57 05.06.2026
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
14:47 05.06.2026
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır
14:44 05.06.2026
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır
Rəsmi Bakı: Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır
14:35 05.06.2026
Rəsmi Bakı: Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır
Qadınlar diqqətsiz kişilərə niyə daha çox meyl edir? - ARAŞDIRMA
14:32 05.06.2026
Qadınlar diqqətsiz kişilərə niyə daha çox meyl edir? - ARAŞDIRMA
MEDİA: CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik
14:24 05.06.2026
MEDİA: CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik