Polisin kuriyeri tutacağı ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara aydınlıq gətirilib

Polisin kuriyeri tutacağı ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara aydınlıq gətirilib
SOSİAL
17:23 13.08.2023
182
Kuriyerlik fəaliyyəti ilə məşğul olan Zeynalov Orxan barəsində polis əməkdaşları tərəfindən hər hansı əməliyyat tədbiri keçirilməsi ilə bağlı sosial şəbəkələrdə iddialar yayılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq, DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib ki, bu iddialar yalandır, yazılanlar şəxsi mülahizələrdir, O.Zeynalov üzərindən təşkil olunub qurulan kampaniyadır.

"Onunla bağlı DİN-in qurumları tərəfindən barəsində hər hansı müraciət araşdırılmır, icraat tədbiri yoxdur, saxlanılması nəzərdə tutulmayıb".
OXŞAR XƏBƏRLƏR