Polislər evə girərkən şoka düşdülər: Oğru görün hardan tapıldı

Polislər evə girərkən şoka düşdülər: Oğru görün hardan tapıldı
DÜNYA
00:04 12.08.2022
622
Polis basqın etməyə getdikləri evdə qarşılaşdığı mənzərədən şoka düşüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İngiltərədə polis qrupları tərəfindən hər yerdə axtarılan gəncin evinə basqın edilib. Basqın zamanı evdə olan oyuncaq ayının nəfəs aldığını görən polislər ayının içini açdıqdan sonra qaçan yeniyetməni yaxalayıb.

Belə ki, avtomobil oğurluğu və yanacaqdoldurma məntəqəsindən yanacaq oğurlayan 18 yaşlı yeniyetmə axtarışda olub.

Araşdırma nəticəsində bir ünvana basqın edən Britaniya polisi gördükləri mənzərə qarşısında məəttəl qalıb. Polislərdən biri evdə böyük bir oyuncaq ayının "nəfəs aldığını" görüb. Ayıya baxış keçirən polislər gənci içəridə gizlənərək tapıblar.

Həbs edilən yeniyetmə 9 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR