Polislər Günay Musayevanın evini qarət edən oğruların izinə düşüb

Polislər Günay Musayevanın evini qarət edən oğruların izinə düşüb
MAQAZİN
18:00 03.10.2013
1458

Polislər Günay Musayevanın evini qarət edən oğruların izinə düşüb.

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın bu günlərdə evinin qarət olunması haqda xəbər vermişdik.AZXEBER.COM xəbər verir ki, model Twitter bloqunda həyat yoldaşı Tolqa Karellə səhər yuxudan oyandıqdan sonra evlərinin qarət olunğunu gördüklərini yazmışdı:“Bu gün yenə də oğurluq şoku ilə yuxudan oyandıq. Evimizə oğru girib. Evdə hər bir şeyi oğurlayaraq aradan çıxıb. Bütün pulu oğurlayıb aradan çıxmalarına baxmayaraq, üstəlik, mətbəxdəki kompüteri və Tolqanın maşınının açarlarını da götürüblər.Elə həmin avtomobilə oturaraq buradan ayrılıblar, biz də həmin vaxt yan otaqda yatırdıq. Bu necə bir rahatlıqdır, mən başa düşmürəm. Polislər də əllərində kamera görüntüləri olmasına baxmayaraq, onları tuta bilmirlər”.Artıq polislər Tolqa Karelin avtomobilini oğurlayanların izinə düşüb. Hazırda araşdırma davam etdirilir.

OXŞAR XƏBƏRLƏR