Polislər qəza törətdi - Yaralılar var

Polislər qəza törətdi - Yaralılar var
SOSİAL
10:31 30.08.2017
5588
Tovuzda iki polisin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın verdiyi məlumata görə, rayonun Yuxarı Öysüzlü kəndində Tovuz rayon Polis Şöbəsinə məxsus xidməti avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı maneəyə çırpılıb.
 
Nəticədə iki polis əməkdaşı,  rayon sakinləri - 25 yaşlı Xəyal Məmmədov və 26 yaşlı Arzu Qəhrəmanov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR