Polisləri daşıyan mikroavtobus aşdı: - 19 YARALI

DÜNYA
13:20 08.11.2013
1039

Türkiyənin Tokat mahalının Çorum yol qovşağında ağır yol-nəqliyyat qəzası baş verib

Yol Türkiyənin Tokat – Çorum magistral yolunda polis əməkdaşlarının xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

ANS PRESS-in Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Kocaeli şəhərində vəfat edən Regional Yol Polisi idarəsinin yüksək rütbəli zabiti Aytaç Günəşin cənazəsini doğulduğu Tokat şəhərinə aparan mikro avtobus Tosya mahalı ərazisində qəfildən idarəetməni itirərək, dərəyə yuvarlanıb.

Qəza nəticəsində sürücü Əhməd Kobud olmaqla, mikroavtobusda olan 18 polis əməkdaşı yaralanıb. Yaralılar, hadisə yerinə gələn həkimlər briqadasının köməkliyi ilə Tosya və ətraf rayonların xəstəxanalarına çatdırılıb. Günəşin cənazəsi isə mikroavtobusdan çətinliklə çıxarılaraq, Tosya Dövlət xəstəxanası meyitxanasına aparılıb.

Həkimlər, yaralıların müalicəsinin davam etdiyini, onlardan birinin isə vəziyyətinin ağır olduğu bildirirlər.

OXŞAR XƏBƏRLƏR