Polislərin qənimi olan ‘qanuni oğru’ tutuldu - FOTO

Polislərin qənimi olan ‘qanuni oğru’ tutuldu -  FOTO
KRİMİNAL
14:08 13.12.2013
2989

“Peço” 4 nəfər silahlı şəxslə birgə yaxalanıb

Rusiyanın paytaxtı Moskva şəhərində “qanuni oğru” tutulub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, kriminal aləmdə “Peço” ləqəbilə tanınan Rezo Buxnikaşvili silahlı insident zamanı saxlanılıb. O, silahlanaraq Moskvada varlıların evinə hücum edib. Daha sonra polis və hüquq mühafizə orqanlarına silahlı müqavimət göstərib. Əslən gürcüstanlı olan “Peço” Komsomol prospektində, 25-ci mənzildə 4 nəfər silahlı şəxslə birlikdə yaxalanıb. Onun adı Gürcüstanda da bir çox cinayətlərdə hallanır. Qeyd edək ki, ötən ilin mart ayında bir neçə hüquq-mühafizə orqanı əməkdaşını güllələməkdə ititham olunan “Peço” kriminal aləmdə polislərin qənimi kimi də məşhurdu.

OXŞAR XƏBƏRLƏR