Politoloq: İran Azərbaycanı başqa ölkələrlə səhv salmamalıdır

Politoloq: İran Azərbaycanı başqa ölkələrlə səhv salmamalıdır
SİYASƏT
16:46 06.03.2026
328
"İranın Azərbaycanın Naxçıvan bölgəsinə dron hücumları beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”.

Bu sözləri AZXEBER.COM-açıqlamasında politoloq Turan Rzayev deyib.

 O bildirib ki, Azərbaycan İran-İsrail-ABŞ qarşıdurmasının tərkib hissəsi deyil:

Azərbaycan İran-İsrail-ABŞ qarşıdurmasının tərkib hissəsi deyil. Azərbaycan İsrail və ABŞ-nin hərbi bazaları, texnikası yoxdur. Eyni zamanda Azərbaycan ərazisindən İrana zərbələr endirilməyib. Amma buna baxmayaraq, İran tərəfindən Azərbaycanın ərazisinə zərbələr endirildi.
Azərbaycan Prezidenti İlham Əliyev İran səfirliyinə getdi. İranın Ali dini rəhbəri Xameneinin anım tədbirinə qatıldı və onunla bağlı xoş sözlər ifadə etdi. Prezidentin qeyd etdiyi kimi, İrandan Livandakı diplomatların çıxarılmasına görə Azərbaycanın yardım göstərdiyi bir zamanda zərbələr endirdilər. 
Bu, süveren ölkənin ərazilərinə qarşı qəsddir, regionun bitərəf ölkəsi olan Azərbaycana qarşı atılan namərd addımdır”.

Politoloq qeyd edib ki, İran digər ölkələrdə Azərbaycanı səhv salmamalıdır:

"Azərbaycan İran üçün  digər ölkələr deyil. Azərbaycan İranın zərbələrinə məruz qalacağı və buna sakit baxacağı bir ölkə deyil. Azərbaycan ordusu 44 günlük Vətən Müharibəsini, lokal xarakterli əməliyyatları uğurla həyata keçirən qalib bir ordudur. Bu qalib ordunun təcrübəli, uzaqgörən və vizionlu bir baş komandanı var. Bu ordunun komandir heyətləri mövcuddur və ən müasir silahlara sahibdir. Azərbaycan çox rahat şəkildə İranın qarşısında ciddi problemlər yarada biləcək potensiala malik bir ölkədir. Müharibəni saylar yox, doğru taktika və yaxşı əlaqələr qazandırır”.

 O bildirib ki, Rusiya tərəfinin bu məsələyə biganə qalmasını bir neçə səbəbdən əsaslandırmaq olar:

"Bir müddət öncə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin Azərbaycana səfəri oldu. Onunla geniş şəkildə müzakirələr aparıldı, iki ölkə arasında mövcud problemlər və həll istiqamətləri müzakirə olundu. Rusiya tərəfi Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir kimi görünür.  Bu, əsasən zaman məsələsidir. İkincisi, Rusiya hələlik məsələyə izləyici qalır, proseslərin necə inkişaf edəcəyinə baxır. Ona görə səssizliyini qorumuş ola bilər. 
Azərbaycan dostunu və düşmənini, yanında olanı və arxadan zərbə vurmaq istəyəni yaxşı bilir. Hər ölkə tutumuna görə qiymət alacaq. Necə ki, 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycanın yanında olanlar  indi də ölkəmizin bərpa prosesində və digər məsələlərdə nəzərə alınır.
Rusiya mövqeyini hər halda bəlli edəcək. İran Rusiyanın Azərbaycana məxsus AZAL təyyarəsini vurması kimi oxşar hadisəni etdi”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
00:23 07.03.2026
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
00:22 07.03.2026
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
00:12 07.03.2026
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
00:05 07.03.2026
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
23:55 06.03.2026
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
23:44 06.03.2026
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
23:42 06.03.2026
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
23:39 06.03.2026
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
23:24 06.03.2026
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
23:13 06.03.2026
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
23:02 06.03.2026
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
23:00 06.03.2026
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
22:58 06.03.2026
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
22:44 06.03.2026
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
22:39 06.03.2026
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
22:29 06.03.2026
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR