Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”

Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
SİYASƏT
13:10 25.08.2025
200
ARB24-ün efirində politoloq Şahin Cəfərli Macarıstan-Ukrayna münasibətlərinin perspektivlərini şərh edib.
 
AZXEBER.COM xəbər verir ki, politoloqun sözlərinə görə, Viktor Orban hakimiyyəti dövründə iki ölkə arasında ciddi istiləşmə gözlənilmir.

Şahin Cəfərli bildirib ki, Avropa İttifaqında Ukrayna məsələsi gündəmə gələndə Macarıstan tez-tez fərqli mövqe ortaya qoyur və bəzi qərarlara veto qoyur:

"Sonradan Avropa liderləri Budapeşti razı salmağa məcbur qalır, Orban isə müəyyən qədər geri çəkilir. Hətta Donald Tramp belə Orbanla telefon danışığında bu məsələyə toxunduğunu açıqlamışdı”, – politoloq qeyd edib.


Onun fikrincə, gərginliyin kökündə Macarıstanın tarixdən qalan iddiaları dayanır:

"Budapeşt Ukraynanın Zakarpatiya vilayətini tarixi macar əraziləri hesab edir. Müharibə başlayandan sonra Qərb mediasında yayılan məlumatlarda da Orbanın Putinlə söhbətində ‘Ukraynanı tutandan sonra Zakarpatiyanı bizə verərsiniz’ dediyi iddia olunub. Bu, Trianon müqaviləsindən sonra yaranmış millətçi travmanın davamıdır”.

Politoloq əlavə edib ki, Ukrayna müharibədə məğlub olacağı təqdirdə Macarıstan bunun fonunda öz payını almağa çalışa bilər.
 
Oksana Orucova
OXŞAR XƏBƏRLƏR