Polk komandiri ölü tapıldı

DÜNYA
21:15 27.07.2015
1518
Ukraynadakı “Azov” batalyonunun yüksək rütbəli komandirlərindən biri ölü tapılıb.
Onun meyiti Kiyevin ətrafında yerləşən Buça şəhərindəki evində aşkar edilib. “Azov” un mətbuat xidməti batalyonun mülki heyətinin rəis müavini Yaroslav Babicin iyulun 26-da evində asılmış vəziyyətdə tapıldığını bildirib. Hələlik əlavə məlumat verilmir və istintaq gedir.
“Azov” batalyonu Ukraynanın şərqindəki rusiyapərəst separatçılarla mübarizə aparmaq üçün 2014-cü ildə yaradılıb. Bu batalyon Daxili İşlər Nazirliyininin nəzdindəki Milli Qvardiyanın tərkibində fəaliyyət göstərir.///anspress.com
OXŞAR XƏBƏRLƏR