Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin edilib.
AZXEBER.COM "Teleqraf"a istinadən xəbər verir ki, 25 iyun 2024-cü il tarixindən etibarən hissə rəisi vəzifəsini müvəqqəti icra edən daxili xidmət polkovnik-leytenantı Elgün Vahid oğlu Əhmədov İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə təyin olunub.










































