Polkovnik-leytenant saxlanıldı - 2 ay əvvəl təqaüdə çıxmışdı

Polkovnik-leytenant saxlanıldı - 2 ay əvvəl təqaüdə çıxmışdı
SOSİAL
16:45 06.01.2026
842
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin sabiq şöbə rəisi polkovnik-leytenant Zaur Gülməmmədov saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Z. Gülməmmədova qarşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb.

Polkovnik-leytenant 2 ay əvvəl vəzifəsindən azad edilərək təqaüdə göndərilib. O, işlədiyi müddətdə yol verdiyi qanunsuzluqlarla bağlı ittiham olunur.
OXŞAR XƏBƏRLƏR