Polşanın baş naziri Donald Tusk paytaxt Varşavada keçirdiyi mətbuat konfransında Almaniyanın quru sərhəd nəzarəti qərarını tənqid edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Polşanın baş naziri Donald Tusk Almaniyanın qeyri-qanuni miqrasiyanı məhdudlaşdırmaq üçün quru sərhədlərində müvəqqəti daxili sərhəd nəzarətinə başlamaq qərarının qəbuledilməz olduğunu bildirib.
Almaniyanın qərarının Şengen bölgəsinin faktiki olaraq geniş miqyaslı dayandırılması anlamına gəldiyini müdafiə edən Tusk "Polşanın sərhədimizdə nəzarəti gücləndirməməsi, Almaniya kimi ölkələrin təhlükəsizliyin qorunması və təmin edilməsində iştirakını gücləndirməsi lazımdır", - deyib.
Gülay