Polşa-Belarus sərhədində tikilən divar başa çatmaq üzrədir

Polşa-Belarus sərhədində tikilən divar başa çatmaq üzrədir
DÜNYA
19:23 01.05.2023
219
Polşa ilə Belarus arasında sərhəddə tikilən divarın başa çatmasına 150 metrlik hissə qalıb.

Bu barədə Polşa sərhəd xidmətinin mətbuat katibi Anna Mixalskaya bildirib.

Mixalskayanın sözlərinə görə, bu işi yalnız yayda yekunlaşdırmaq mümkün olacaq:

"Belarusla sərhəddə videokameralar və hərəkət sensorları ilə təchiz olunmuş divarın 206 km-i artıq istismara verilib, cəmi 150 m-lik hissə qalıb və bu hissəni yalnız yayda, Narev çayı öz məcrasına qayıdanda etmək olar”.

Qeyd edək ki, divarın tikilməsinə səbəb kimi Belarusdan Polşaya qanunsuz yolla keçmək istəyən miqrantların qarşısının alınması göstərilib. Sərhəd xidmətinin məlumatına görə, bu il 8 minə yaxın, ötən il isə təxminən 15 700 nəfər sərhədi qanunsuz keçməyə cəhd edib.
 
///APA 
OXŞAR XƏBƏRLƏR