Polşa hakimiyyəti Belarusla sərhəddə, Podlyask voyevodluğunda ikinci hasarın tikintisinə başlayıb.
Bu barədə RMF24 radiostansiyası məlumat yayıb.
Məlumata əsasən, hasarın quraşdırılması yaxın günlərdə başlayacaq. İşlərin yanvar ayında tamamlanması planlaşdırılır. Maneə 4 metr hündürlüyündə metal tor şəbəkədən ibarət divar olacaq, hasarın yanında tikanlı məftil yerləşdiriləcək.
2022-ci ildə Polşa hakimiyyəti 180 km-lik sahədə sərhədi 5,5 metr hündürlüyündə metal baryerlə örtüb. Sərhəd boyunca hərəkət sensorları və istənilən hava şəraitində işləyən videokameralarla təchiz olunmuş dirəklər quraşdırılıb. 2024-cü ildə bu baryerin modernləşdirilməsi üzrə işlər aparılıb.
/report










































