Polşa hökuməti NATO daimi hərbi bazalarının ölkədə yerləşdirilməsinə ümid edir, lakin bu qərarlar ABŞ tərəfindən verilir.
Bunu Polşa XİN rəhbərinin müavini Arkadiuş Mulyarçik "Polskie radio 24” kanalının efirində deyib.
Diplomat qeyd edib ki, ABŞ-a son səfəri zamanı Vaşinqtona NATO bazalarının yerləşdirilməsinə dair çağırışlarla müraciət edib:
"Biz istəyirik ki, ABŞ Prezidenti Co Bayden ölkəmizə gözlənilən səfəri zamanı NATO daimi hərbi bazalarının Polşada yaradılmasına başlanmasını elan etsin”.