Bu həftə Polşanın yüksək səviyyəli hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy məlumat verib.
Məlumatda deyilir ki, səfər çərçivəsində ümumi təhlükəsizlik sahəsində, o cümlədən mümkün birgə təlimlərlə bağlı real qərarlar müzakirə olunacaq.
XİN nümayəndəsi bildirib ki, Ukraynanın təcrübəsini öyrənmək üçün gələn nümayəndə heyəti yüksək səviyyədə olacaq.
apa