Polşa millisinin baş məşqçisi istefaya göndərildi

İDMAN
20:25 22.12.2022
215
Futbol üzrə Polşa milli komandasının baş məşqçisi Çeslav Mixneviç istefaya göndərilib.
 
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Mixneviç yığmanın Qətərdəki dünya çempionatında uğursuz çıxışına görə vəzifəsindən ayrılıb.

Qeyd edək ki, təcrübəli baş məşqçi bu ilin yanvarında Polşa seçməsinin sükanı arxasına keçmişdi.
OXŞAR XƏBƏRLƏR