Polşa ordusu "Bayraktar"ların ilk partiyasını əldə edib

Polşa ordusu "Bayraktar"ların ilk partiyasını əldə edib
DÜNYA
19:53 28.10.2022
356
Türkiyə istehsalı olan "Bayraktar TB-2" pilotsuz uçuş aparatlarının (PUA) ilk partiyası Polşaya çatdırılıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Polşa televiziyası PUA-ların təntənəli surətdə təqdim edilməsi mərasimini yayımlayıb.

PUA-lar Polşanın Miroslavts şəhərindəki hərbi bazada təqdim edilib.

Həmçinin o da əlavə olunub ki, müqavilənin ümumi dəyəri 270 milyon dollardır.

"Bayraktar TB2" PUA-ları həm kəşfiyyat, həm də zərbə funksiyasını yerinə yetirəcək.

Polşa Baş nazirinin müavini, milli müdafiə naziri Mariuş Blaşak polşalı hərbçilərin Türkiyədə təlimlər keçərək PUA-ların idarəetməsini öyrəndiyini deyib.

"Müasir ordunu dronsuz təsəvvür etmək mümkün deyil”, - o əlavə edib.
 

 

 


OXŞAR XƏBƏRLƏR