Polşa ordusuna məxsus təyyarə qəzaya uğrayıb

Polşa ordusuna məxsus təyyarə qəzaya uğrayıb
DÜNYA
18:09 12.07.2024
168
Polşa ordusuna məxsus "M-346" təlim təyyarəsi ölkənin şimalında Qdınya şəhərinin hava limanında qəzaya uğrayıb.

Bu barədə Polşa Silahlı Qüvvələrinin Ali Hərbi Komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, təlim təyyarəsi hava limanının uçuş-enmə zolağına çırpıldıqdan sonra alovlanıb.

Hadisə zamanı təyyarədə yalnız bir pilot olub. Onun katapult etdiyi bildirilir.
 

OXŞAR XƏBƏRLƏR