Polşa prezidenti: “Putini Qərblə dialoq istəməyə məcbur etməliyik”

Polşa prezidenti: “Putini Qərblə dialoq istəməyə məcbur etməliyik”
DÜNYA
19:27 22.06.2022
264
"Vladimir Putinlə danışıqlar aparmaq olar, amma bu təşəbbüsü Qərb yox, Rusiya Prezidentinin özü göstərməlidir”.

Bu barədə Polşa Prezidenti Andjey Duda Varşavada öz ölkəsinin diplomatları ilə görüşündə bildirib.

"Söhbət Putinlə danışmamaqdan getmir. Söhbət Putinin özünün danışmaq istəməsindən gedir, Avropa liderlərinin onun danışmasını istəməsindən deyil. Biz vintləri elə sıxıb (Rusiyanı), Ukraynaya elə kömək etməliyik ki, Putin özü danışıqların baş tutmasını istəsin”, - deyə Polşa Prezidenti qeyd edib.

O həmçinin əlavə edib ki, Rusiyaya qarşı sanksiyalar Ukrayna onların ləğv oluna biləcəyini bildirənə qədər qüvvədə olmalıdır, Qərb isə anlamalıdır ki, Moskva ilə əvvəlki kimi iş görmək artıq mümkün deyil.

"Rusiyanı alçaltmağın yolverilməz olduğunu, ona simasını saxlamağa icazə vermək lazım olduğunu eşitmək utancvericidir. Hücum edən və öldürən Rusiyadır, Rusiyaya heç kim hücum etməyib. Londonda onilliklər ərzində baş verən qətllər kontekstində Rusiyanın NATO təhdidləri haqqında hekayələri, Ukraynada müharibə, daha əvvəl Gürcüstan və Suriyada müharibələr iyrənc təbliğatdır. Bu müharibəyə görə məsuliyyət daşıyan Rusiyadır və Ukraynadan Afrikaya, həmçinin dünyanın digər bölgələrinə taxıl çatdırmaq mümkünsüz olduğu üçün dünyada aclığın yaranması ehtimalına görə məsuliyyət daşıyacaq”, - deyə Duda vurğuladı.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər