"Ukrayna Rusiya ilə münaqişədə Varşavanın göstərdiyi kömək qarşılığında Polşaya qarşı naşükürdür".
Bunu Polşa Prezidenti Karol Navrotski deyib.
Onun sözlərinə görə, həmçinin Varşava ilə Kiyev arasında həll olunmamış məsələlər qalır:
"Polşa xalqına qarşı minnətdarlığın olmaması, Volında ekshumasiya işlərinin aydınlaşdırılmaması və Polşanı bürüyən kənd təsərrüfatı böhranı - bunlar vacib olaraq qalan məsələlərdir".
/Oux.az







































