Polşa rusiyalıları Şengen vizasız qoymaq niyyətindədir

Polşa rusiyalıları Şengen vizasız qoymaq niyyətindədir
DÜNYA
18:46 04.04.2022
267
Polşanın Baş naziri Mateuş Moravetski humanitar vizalar istisna olmaqla, rusiyalılara Şengen vizalarının verilməsini dayandırmağı təklif edib.

"Rusiya cəmiyyətinə qarşı güclü sanksiyalar tətbiq edilməlidir. Humanitar vizalar istisna olmaqla, rusiyalılara vizaların verilməsinə qadağa qoyulması məsələsi nəzərdən keçirilməlidir”, – deyə M.Moravetski bazar ertəsi Varşavada keçirilən mətbuat konfransında bəyan edib.

O, yalnız Rusiyanı tərk etmək istəyənlərə viza verilməsi təklifini irəli sürüb.
OXŞAR XƏBƏRLƏR