Polşa Xarici İşlər Nazirliyi (XİN) pilotsuz uçuş aparatının ölkənin şərqinə düşməsi ilə əlaqədar Rusiya tərəfinə etiraz notası verib.
Sənəddə Polşa hakimiyyəti Rusiyanı "qəsdən təxribatda" və "Polşanın suverenliyini gözləmə öhdəliklərini" pozmaqda ittiham edir.
Xatırladaq ki, avqustun 20-də polis Polşanın şərqindəki Osinı kəndində qarğıdalı tarlasında partlayış baş verməsi barədə məlumat verib.
Vilayət prokurorluğunun nümayəndəsi qeyd edib ki, istintaq Belarusla sərhəddən 100 km aralıda qarğıdalı tarlasına düşən dronun istehsalçısını və növünü hələ müəyyən edə bilməyib.
Buna baxmayaraq, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış dronun Rusiyaya məxsus olduğunu bildirib.
/Oxu.Az