Polşa Saakaşvilini müalicə üçün qəbul etməyə hazırdır

Polşa Saakaşvilini müalicə üçün qəbul etməyə hazırdır
DÜNYA
20:41 10.02.2023
200
Polşa hökuməti Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilini müalicə üçün qəbul etməyi təklif edib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravietski Avropa İttifaqı (Aİ) sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

"Polşa Gürcüstan hökumətinə bu ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin müalicə olunması üçün Polşaya göndərilməsi təklifi ilə çıxış edib”, - Moravietski qeyd edib.
OXŞAR XƏBƏRLƏR