Polşa son illərin ən böyük hərbi təlimlərinə hazırlaşır

Polşa son illərin ən böyük hərbi təlimlərinə hazırlaşır
DÜNYA
23:33 26.05.2025
837
Polşada 18-ci Mexanikləşdirilmiş Diviziya son illərdə NATO müttəfiqlərinin iştirak edəcəyi ən böyük hərbi təlimi keçirəcək.

Bu barədə jurnalistlərə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib.

"Fevralın əvvəlində Polşa Prezidentinin də iştirak etdiyi Polşa Ordusunun rəhbərliyi ilə brifinq zamanı uzun illərdən sonra ilk böyük diviziya təlimlərinin keçirilməsi ilə bağlı əmr verdim. 18-ci Mexanikləşdirilmiş Diviziya məhz belə təlimlər keçirəcək və imkan və bacarıqlarını, o cümlədən də müttəfiqlərimizlə birlikdə, nümayiş etdirməyə tam hazır olacaq”, - o deyib.

Nazir bunu Polşa və müttəfiqlərinin Rusiya və Belarus Silahlı Qüvvələrinin bu il keçirəcəyi "Zapad-2025” təlimlərinə cavab adlandırıb.

Polşa Ordusunun Baş Qərargah rəisi, general Veslav Kukula vurğulayıb ki, təlimin əsəs məqsədlərindən biri Varşavanın şərqində yerləşən hərbi hissələrin əksəriyyətinin daxil olduğu 18-ci diviziyanın bölmələrinin "M1 Abrams” tankları kimi sistemli şəkildə təchiz edilmiş müasir texnikanı nə dərəcədə mənimsədiyini yoxlamaqdır.

Daha əvvəl Polşa Müdafiə Nazirliyi Rusiya və Belarusun bu ilin sentyabrına planlaşdırılan "Zapad-2025” təlimlərinə "proporsional cavab”ın hazırlandığını açıqlamışdı.
 
/Report
OXŞAR XƏBƏRLƏR